“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun sözlərinə görə, Yunanıstan şirkətinin aktivlərinin 400 mln. avro müqabilində alınması ARDNŞ-ın nizamnamə kapitalının artırılması hesabına təmin ediləcək: “DESFA şirkəti investisiya layihəsi kimi çox cəlbedicidir. Biz hesab edirik ki, bu layihənin gəlirliliyi həm ARDNŞ, həm də dövlət üçün qənaətbəxş olacaq”.