Bank Of Baku

Azərbaycanda IPI indeksi artıb

Azərbaycanda IPI indeksi artıb
# 27 avqust 2013 12:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2013-cü ilin iyul ayında 99,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, iyun ayı ilə müqayisədə indeks 4,7 faiz bəndi artıb:

 

Göründüyü kimi, artımla yanaşı, indeks 100%-dən yuxarıdır ki, bu da aylıq müqayisədə istehsalatda azalmanın olduğunu göstərir. Belə ki, iyul ayında istehsal edilmiş sənaye məhsullarının ümumi dəyəri 2,734 mlrd. manat, iyunda isə 2,737 mlrd. manat təşkil edib.

 

Xatırladaq ki, IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Cədvəldən göründüyü kimi, sənaye istehsalında aylıq dalğavari dinamika müşahidə olunub və bu sahədə davamlı artıma nail olunmayıb.

 

Ümumilikdə, yanvar-iyul ayları ərzində sənaye istehsalının həcmi 19,621 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 0,4% çoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR