Bank Of Baku

Azərbaycanda IPI indeksi artıb

Azərbaycanda IPI indeksi artıb
# 19 sentyabr 2013 13:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2013-cü ilin avqust ayında 104,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks iyul ayı ilə müqayisədə 4,9 faiz bəndi çoxdur:

 

 

Göründüyü kimi, artımla yanaşı IPI 100%-dən yuxarı səviyyədə qalıb ki, bu da aylıq müqayisədə istehsalatda azalmanın olduğunu göstərir. Belə ki, avqust ayında istehsal edilmiş məhsulun dəyəri 2,864 mlrd. manat, iyulda isə 2,734 mlrd. manat təşkil edib.

 

Xatırladaq ki, IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir.

 

Ümumilikdə, yanvar-avqust ayları ərzində sənaye istehsalının həcmi 22,485 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 0,6% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR