Bank Of Baku

Azərbaycanda mebelin qiyməti ucuzlaşacaq

Azərbaycanda mebelin qiyməti ucuzlaşacaq
# 30 sentyabr 2013 09:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda yeni yaradılan metanol zavodu (AzMeCo) Sumqayıt Sənaye Parkı ilə birgə formaldehid qazının istehsalını həyata keçirməyi nəzərdə tutub. Məhz bunun əsasında Azərbaycanda ağac-yonqar lövhələrinin istehsalını reallaşdıracaq fabrik yaradılacaq. Bu fabrikin işə düşməsi isə öz növbəsində ölkədə mebelin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Metanol Şirkəti (AzMeCo) Direktorlar Şurasının sədri Nizami Piriyev bildirib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycan bu cür materialları Rusiya, Türkiyə kimi ölkələrdən alıb gətirməli olur: «Bu bizə baha qiymətə gətirilir, təxminən 35-38 manata başa gəlir. Yerli fabrikimiz olandan sonra isə bu cür lövhələrin qiyməti bizə 22-25 manata başa gələcək».

 

N.Piriyev əlavə edib ki, Azərbaycanda ağac-yonqar lövhələrinin istehsalı ilə bağlı dünyanın ən iri şirkətləri ilə birgə müəssisənin yaradılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR