Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın mədənçıxarma bölməsində istehsalın həcmi 14,6 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 0,8% az olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neft hasilatı 25,5 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 10,3 mlrd. kub-metr təşkil edib. Neft hasilatı 1,4% azalıb, qaz hasilatı isə əvvəlki ilin müvafiq dövrünün səviyyəsində olub.
Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-iyul aylarında 1,2 mln. ton tikinti qumu, 210,3 min ton inşaat üçün əhəng daşı, 737,0 kq qızıl, 381,5 kq gümüş və s. istehsal edilib.