Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2,6% artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2,6% artıb
# 09 sentyabr 2013 14:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 2,6% artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,9% aşağı düşüb.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 6,6%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,0% ucuzlaşıb, xam neft və təbii qaz hasilatı üzrə isə 2,9% bahalaşıb.

 

Avqust ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 1,1%, dəri və dəri məmulatları, ayaqqabıların istehsalı üzrə 0,5%, geyim istehsalı və kimya sənayesi üzrə 0,4%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı və toxuculuq sənayesi üzrə 0,3%, mebel istehsalı üzrə 0,1% ucuzlaşıb, tikinti məmulatlarının istehsalı üzrə 2,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,5%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,5%, neft məhsullarının istehsalı üzrə 1,1%, poliqrafiya fəaliyyəti üzrə 0,5%, qida məhsullarının istehsalı üzrə 0,4%, içki istehsalı üzrə isə istehsalçı qiymətləri 0,2% bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR