Azərbaycanın kimya sənayesində 13%-lik artım olub

Azərbaycanın kimya sənayesində 13%-lik artım olub
# 21 avqust 2013 10:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı müəssisələri tərəfindən 161,5 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kimya sənayesində 12,7%, əczaçılıq məhsullarının istehsalında 30,7% artım, rezin və plastmas məmulatların istehsalında isə 15,8% azalma müşahidə olunub.

Əsas kimya məhsullarından izopropil spirtinin istehsalı 71,6%, polietilenin istehsalı 2,1%, lak-boya məmulatlarının istehsalı 30,6% artıb. Rezin və plastmas məmulatlarından bərk polipropilen boruların istehsalı 44,4%, məsaməli poliuretan lövhələrin istehsalı 22,2% artıb, polimer örtüklərin istehsalı 13,3%, polietilen boruların istehsalı isə 9,4% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR