Bank Of Baku

Azərbaycanın metallurgiya sənayesi 12% artıb

Azərbaycanın metallurgiya sənayesi 12% artıb
# 21 avqust 2013 11:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 232,5 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehsalın həcmi metallurgiya sənayesində 11,4% artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 49,4% azalıb.

 

Yanvar-iyul ayları ərzində sahə üzrə 1,2 min ton və ya 2,0 dəfə çox çuqun tökmə, 121,8 min ton polad tökmə məhsulları, 47,2 min ton polad borular istehsal edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR