Bank Of Baku

Bakıda yeni MHŞT standartları və onların icrası yolları müzakirə edilib

Bakıda yeni MHŞT standartları və onların icrası yolları müzakirə edilib
# 24 sentyabr 2013 12:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün ATƏT-in dəstəyi ilə Bakıda Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) dair götürdüyü öhdəliyi yerinə yetirməsinə həsr olunmuş tədbir keçirilib.

 

APA-Economics”in məlumatına görə, müvafiq dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, özəl şirkətlər və vətəndaş cəmiyyəti təşkilatları yeni MHŞT standartlarını və onların icrası yolunda yaranan maneələrin dəf edilməsi yollarını müzakirə etmək üçün bir araya gəlib.

 

ATƏT-in Bakı Ofisinin rəhbər müavini Monika Martinez bu təşəbbüsü dəstəkləməkdə ATƏT-in marağını vurğulayıb. Onun sözlərinə görə, Dublin Nazirlər Şurasının 2012-ci ildə qəbul etdiyi ATƏT-in Yaxşı İdarəçilik üzrə Bəyannaməsi hasilat sənayesində şəffaflığın təmin edilməsinin əhəmiyyətini tanıyıb: “Bu il Ukraynanın ATƏT-ə sədrliyi də davamlı enerjini özünün prioritet sahələrindən biri kimi müəyyən edib və bu baxımdan MHŞT xüsusi önəm kəcb edir”.

 

ATƏT-in Bakı Ofisi bugünkü tədbirin keçirilməsini Azərbaycan Dövlət Neft Şirkəti, “Revenue Watch” İnstitutu və MHŞT QHT Koalisiyasının koordinatoru olan Azad İqtisadiyyat Assosiasiyası ilə birgə təşkil edib. Ofis həmçinin MHŞT-nin Azərbaycan və digər iştirakçı ölkələrdə icrasının təhlili üçün mütəxəssis töhfəsi verib.

 

Qeyd edək ki, MHTŞ dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması üçün neft və qaz hasilatı sənayesində əldə edilən gəlirlərin açıqlanması mexanizmidir. 2003-cü ildə bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri olan Azərbaycan 2009-cu ildə MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk ölkə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR