Bank Of Baku

Bu gün 3 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün 3 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq
# 09 sentyabr 2013 09:55 (UTC +04:00)

Bakı. Aşin Rafiqoğlu – APA-Economics. Bu gün Biləsuvar, Lənkəran və Göyçay rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gündən etibarən sentyabrın 10-da saat 18:00-dək «Göyçay-1» qazpaylayıcı stansiyası, saat 13:00-dən saat 15:00-dək «Biləsuvar» və saat 16:00-dan 18:00-dək «Xarxatan» ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

 

Təmir işləri aparılan müddətdə Göyçay, Biləsuvar və Lənkəran rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR