Bank Of Baku

Bu gün iki rayonun qaz təchizatında fasilələr olacaq

Bu gün iki rayonun qaz təchizatında fasilələr olacaq
# 26 avqust 2013 08:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Qaradağ və Şamaxı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar saat 18:00-dək «Qobustan» və «Şamaxı» qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

 

Qeyd edək ki, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan və Şıxlar qəsəbələri, «Bağlar» massivi, həmçinin Şamaxı şəhərinin bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR