Bank Of Baku

Lənkəranın dörd yaşayış məntəqəsinə təbii qaz verilib

Lənkəranın dörd yaşayış məntəqəsinə təbii qaz verilib
# 16 sentyabr 2013 16:17 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 16-da Lənkəran rayonunun Osaküçə, Pambəyi, Tatoba və Sinovlu kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimlərdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Çıxışlarda qeyd olunub ki, ümumilikdə 1050 abonenti olan bu yaşayış məntəqəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 34176 metr uzunluğunda polietilen borularla daşıyıcı və 24471 metr uzunluğunda polad borularla məhəllədaxili qaz xətləri çəkilməklə, 1050 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Çıxış edən kənd sakinləri onların mənzillərinə təbii qazın verilməsinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR