Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Avqustun 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,39 dollar artaraq 1 barelə görə 106,42 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, avqustun 23-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,14 dollar artaraq 111,04 dollar olub.