Bank Of Baku

OPEC: İranın neft hasilatı azalıb

OPEC: İranın neft hasilatı azalıb
# 13 sentyabr 2013 08:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) növbəti aylıq hesabatını açıqlayıb.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, sənəddə bildirilir ki, İranın neft hasilatı azalmaqda davam edir: “Bu ilin avqust ayında İranın neft hasilatı gündəlik 2 mln. 683 min barel olub. Bu da iyul ayı ilə müqayisədə 7 min barel azalma deməkdir. Eyni zamanda İranın neft hasilatı 2011-ci illə müqayisədə gündəlik 950 min barel azalıb”.

 

Hesabatda həmçinin deyilir ki, OPEC-ə üzv ölkələrin gündəlik neft hasilatı avqust ayında gündəlik 30 mln. 234 min barel olub və bu da iyul ayına nisbətən 124 min barel azalma deməkdir. OPEC-in neft hasilatının düşməsi Liviyanın neft hasilatının gündəlik 477 min barel azalması səbəbindən baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR