Bank Of Baku

OPEC neftə olan tələbatla bağlı proqnozunu artırıb

OPEC neftə olan tələbatla bağlı proqnozunu artırıb
# 12 sentyabr 2013 14:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Neft İxracatçıları Ölkələri Təşkilatı (OPEC) 2013-cü il üçün dünyada neftə olan tələbatla bağlı proqnozunu artırıb. «APA-Economics»in məlumatına görə, 2013-cü ildə dünyada neftin istehlakı gündəlik olaraq 89,96 mln. barel həddində olacaq.

 

Belə ki, öncədən verilən proqnoz avqustda gözləniləndən 89,71 mln. b/g-dək artırılıb. Gələn il üçün verilən proqnoz isə dəyişməz - 90,7 mln. b/g qalıb. OPEC-ə üzv olmayan ölkələrin neft tədarükünün isə 2013-cü ildə 55,03 mln. b/g olacağı gözlənilir.

 

OPEC-in proqnozlarına görə, 2014-cü ildə bu göstərici 2013-cü ildə gözləniləndən 1,2 mln. b/g çox olacaq və 56,28 mln. b/g çatacaq. Üzv ölkələr tərəfindən istehsal edilən və 2013-cü ildə neftə olan tələbatın həcmi bu ilin avqustunda verilən proqnoz həddində - 29,9 mln. b/g olub, 2014-cü il üçün də isə 29,6 mln. b/g səviyyəsində proqnozlaşdırılır.

 

Xatırladaq ki, bu ilin avqustunda OPEC-in hasil etdiyi neftin həcmi 2 illik minimuma qədər enib. Buna Livanda neft hasilatının 15 dəfə azalması səbəb olub.

 

Qeyd edək ki, OPEC sıralarına 12 ölkə - Əlcazair, Anqola, Ekvador, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela daxildir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR