Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın Şəki rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 12:00-dan “Cəfərabad” AQPS-dən Şəki rayonuna gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Şəki rayonunun təbii qaz verilişində fasilələr yaranacaq.