Bank Of Baku

Təbii qazla təmin olunan abonentlərin sayı 1,5 mln. olub

Təbii qazla təmin olunan abonentlərin sayı 1,5 mln. olub
# 09 sentyabr 2013 15:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 569 860-a çatıb ki, bunların da 1 550 854-ü əhali, 19 006-sı isə qeyri-əhali abonentidir.

 

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə bildiriblər ki, sentyabrın 1-ə olan məlumata görə, həmin abonentlərin 681 842-si Bakı şəhəri (672 030 əhali, 9 812 qeyri-əhali abonenti), 888 018-i isə regionların ( 878 824 əhali, 9 194 qeyri-əhali abonenti) payına düşür.

 

Məlumata əsasən, əhali abonentlərinin mənzillərində 782 825 ədəd “smart-kart” tipli sayğac quraşdırılıb.

 

Xatırladaq ki, bu ilin yanvarın 1-ə olan məlumata görə, bu rəqəm 594 min təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR