Bank Of Baku

Tovuz və Binəqədi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Tovuz və Binəqədi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 17 sentyabr 2013 07:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Tovuz və Bakı şəhərinin Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün sentyabrın 17-də saat 16:00-dək “Tovuz” AQPS-dən, saat 18:00-dək “Sulutəpə” QPS-dən Xocahəsən qəsəbəsinə gedən qaz kəmərində  təbii qaz təchizatı dayandırılacaq.

 

Təmir işləri aparılan müddətdə Tovuz rayonunun şəhər mərkəzi daxil olmaqla Bozalqanlı, Əlibəyli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Qazqulu, Ağdam və  Abulbəyli kəndlərində, Binəqədi rayonunun Xocahəsən qəsəbəsi və Sulutəpə qəsəbəsinin bir hissəsində təbii qaz verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR