Bank Of Baku

Zərdab rayonun daha bir kəndinə təbii qaz verilib - FOTO

Zərdab rayonun daha bir kəndinə təbii qaz verilib - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 08:29 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonun daha bir kəndinə təbii qaz verilib.

 

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Dəkkəoba kəndinə mavi yanacağın verilməsi münasibətilə təşkil olunan mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Araz Ağayev, kənd ictimaiyyəti, ağsaqqallar iştirak ediblər.

 

Tədbirdə bildirilib ki, ümumilikdə 288 abonenti olan kəndin qazlaşdırılması məqsədilə 27600 p/m uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 288 sayğac və fərdi tənzimləyici, 1 ədəd qazpaylayıcı şkaf quraşdırılıb.

 

Bu, artıq Zərdab şəhər, Qaravəlli, Qoşaoba, Təzəkənd, Dəli Quşçu kəndlərindən, Qumlu və “32 hektar” adlanan yaşayış məntəqələrindən sonra rayonun qazla təmin olunan növbəti yaşayış məntəqəsidir. Hazırda rayonun 9 kəndinə mavi yanacağın verilməsində son tamamlama işləri aparılır.

 

Tədbirdə çıxış edən Lütvəli Babayev son illər respublikada, o cümlədən rayonda görülən işlərdən danışıb. Natiq  bölgələrimizin, o cümlədən də Zərdabın sürətlə inkişaf etdiyini qeyd edib,  qazlaşmanı əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirib və kənd sakinlərini bu münasibətlə təbrik edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR