Bakı sakinindən 5 kiloqramdan çox narkotik götürülüb

Bakı sakinindən 5 kiloqramdan çox narkotik götürülüb
# 23 may 2016 09:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Şıxəli Əliyevin yaşadığı Binə qəsəbəsindəki evə baxış zamanı 5 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb. Ş.Əliyevin həyətyanı sahəsinə baxış zamanı isə aqrotexniki qaydada becərilmiş çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR