“Qarabağ” və “Qəbələ”nin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

“Qarabağ” və “Qəbələ”nin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
# 07 dekabr 2015 11:24 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasında mübarizə aparan klublarımızın son turda keçirəcəkləri görüşlərin hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, səfərdə "Anderlext"lə qarşılaşacaq "Qarabağ"ın görüşünü sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.

Vinçiçə Boyan Ul və Tomas Klançnik yardımçı olacaqlar. Dördüncü hakim kimi isə Andraz Kovaçiç oyuna təyinat alıb. Əlavə köməkçi hakimlər Roberto Ponis və Draqoslav Periç olacaqlar.

Avroliqadakı digər təmsilçimiz “Qəbələ”nin Bakıda “Krasnodar”la keçirəcəyi oyunu isə rumıniyalı referi İstvan Kovaks idarə edəcək. Ona Miklos Naqi və Vasile Marinesku kömək edəcəklər. Pavel Balaj və Marius Avram əlavə-köməkçi hakimlər, Mixai Artene isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR