Bakı-Qazax yolunda 39 yaşlı mikroavtobus sürücüsü qəflətən ölüb

Bakı-Qazax yolunda 39 yaşlı mikroavtobus sürücüsü qəflətən ölüb
# 21 may 2018 10:09 (UTC +04:00)

Ucarda sürücü qəflətən ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 11:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun "Dördyol" adlanan hissəsində baş verib. Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Oruc Verdiyev idarə etdiyi 20 DR 014 dövlət nömrə nişanlı, "Mercedes-Sprinter" markalı sərnişinlə dolu mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən su almaq məqsədi ilə nəqliyyat vasitəsini yol kənarında saxlayıb.

Qəflətən halı pisləşən sürücü orada ölüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR