Masallıda oğurluqla məşğul olan çobanlar tutulub

Masallıda oğurluqla məşğul olan çobanlar tutulub
# 10 avqust 2017 14:59 (UTC +04:00)

Masallı rayonunda oğurluqla məşğul olan çobanlar saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallının Yeddioymaq kəndi ərazisində Azad Əliyev məxsus 13 baş , Təzəkənd kəndi ərazisində Novruz Abbasova məxsus 11 baş qoyunun oğurlanması barədə polisə məlumat verilib. Masallı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Lerik rayonundan Masallıya çobanlıq etməyə gələn Ağası Cəfərov və onun həmyerliləri Afiyəddin İmanlı və Əliağa İmanov tərəfindən törədildiyi məlum olub.

Onlar polis tərəfindən saxlanılıb. Həmin şəxslər Şıxlar kəndi ərazisindəki fermalardan birindən 9 baş qoyun oğurladıqlarını da etiraf ediblər.

Məlumata görə, oğurlanan heyvanlar bazarlarda və qəssablara satılıb.

Faktlar araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR