DİN Cəlilabadda baş verən partlayışla bağlı məlumat yayıb

DİN Cəlilabadda baş verən partlayışla bağlı məlumat yayıb
# 17 mart 2015 09:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Cəlilabadda baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 16-da saat 08 radələrində Cəlilabad şəhərində rayon sakini Taciəddin Hüseynovun kirayədə yaşadığı evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə qapı və pəncərə şüşələri sınıb, ev əşyaları qismən yanıb, yanıq xəsarəti alan T.Hüseynov, arvadı Samirə, qızı Mirhumay və oğlu Mirhəbib xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR