BDU-da Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş iki cildlik kitabın təqdimat mərasimi keçirilib

BDU-da Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş iki cildlik kitabın təqdimat mərasimi keçirilib
# 26 sentyabr 2014 13:32 (UTC +04:00)

Bakı - APA. Bakı Dövlət Universitetində (BDU) görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş iki cildlik kitabın təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açıb. Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin ədəbi və elmi yaradıcılığından bəhs edən rektor onun 40 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində çalışmasından, Azərbaycan ədəbiyyatına, elminə və təhsilinə töhfələr verməsindən bəhs edib.

Mir Cəlal Paşayevin 1961-ci ildən 1978-ci ilə qədər Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etməsindən danışan A.Məhərrəmov onun “Ədəbiyyatşünaslığın əsasları” kursunun təməlini qoymasından, filologiya elmində məktəb yaratmasından danışıb.

Rektor qeyd edib ki, Mir Cəlal Paşayev 36 nəfərin namizədlik və doktorluq işinə rəhbərlik edib, “Füzulinin poetik xüsusiyyətləri ” (1940), “Füzulinin sənətkarlığı” (1958; 1994), “Cəlil Məmmədquluzadə realizmi haqqında” (1966), “XX əsr Azərbaycan ədəbiyyatı” (F.Hüseynovla) (1969; 1974; 1982;), “Ədəbiyyatşünaslığın əsasları” (P.Xəlilovla) (1972; 1988; 2005), “Klassiklər və müasirlər” (1973), “Azərbaycanda ədəbi məktəblər - 1905-1917” (2004) adlı əsərlər yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR