Azərbaycan Beynəlxalq Bankının əmanətlərinin həcmi ötən ildə 40% artırıb

Azərbaycan Beynəlxalq Bankının əmanətlərinin həcmi ötən ildə 40% artırıb
# 16 fevral 2012 11:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Ötən il ölkə əhalisi tərəfindən Azərbaycan Beynəlxalq Bankına (ABB) 252 mln. manat həcmində əmanət qoyulub.

ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bununla da cari ilin yanvar ayının 1-nə ABB-də əhalinin əmanətlərinin həcmi 40% artaraq 968,996 mln. manat təşkil edib. Bu da cəmi banklar üzrə əmanətlərin 41%-nə bərabərdir.

Qeyd edək ki, 2002-ci ildə ABB-də əhalinin əmanətlərinin həcmi 50 mln. ABŞ dolları səviyyəsində olub.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR