Mingəçevir və Yevlax sakinlərindən heroin götürülüb

Mingəçevir və Yevlax sakinlərindən heroin götürülüb
# 14 yanvar 2011 10:07 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov - APA. Mingəçevir şəhərində narkotik vasitə olan heroini satmaq məqsədilə saxlayan iki nəfər həbs edilib. Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə, Mingəçevir şəhər sakini 1974-cü il təvəllüdlü Qurbanov Elnur Əli oğlu və Yevlax şəhər sakini 1993-cü il təvəllüdlü Əliyev Elmir Sahib oğlu polis əməkdaşları tərəfindən yanvarın 13-də axşam saatlarında sübhəli şəxs qismində saxlanılıb. Onların üzərindən ümumi çəkisi 0.224 qram olan heroin aşkar edilərək götürülüb.
Hər iki şəxs tutularaq istintaq təhvil verilib. Faktla bağlı Mingəçevir ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR