27 yaşlı Siyəzən sakini ölümcül döyülüb

27 yaşlı Siyəzən sakini ölümcül döyülüb
# 10 oktyabr 2012 18:51 (UTC +04:00)
Siyəzən. Vəli Turan – APA. Bu gün axşam saatlarında Siyəzən şəhər sakini, 27 yaşlı Qəzənfər Ağaqulu oğlu Musayev bir qrup şəxs tərəfindən ölümcül döyülüb. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Q. Musayevə qarın nahiyəsinin travması diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Ona ilkin yardım göstərildikdən sonra yaxınlarının istəyi ilə paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR