Sulutəpədə qətl hadisəsi baş verib

Sulutəpədə qətl hadisəsi baş verib
# 24 yanvar 2011 08:17 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunun Sulutəpə qəsəbəsində qətl hadisəsi baş verib. Bu barədə APA-ya Abşeron Rayon Prokurorluğunun böyük köməkçisi Qumru Orucova məlumat verib. Onun sözlərinə görə, yanvarın 23-dən 24-nə keçən gecə qəsəbə sakini, 60 yaşlı Sənubər Süleymanzadə mənzilində naməlum şəxslər tərəfindən qətlə yetirilib. İlkin araşdırmalara görə, mərhumu boğaraq qətlə yetiriblər. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik müəyyən olunmayıb.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR