SEPAH-la əməkdaşlıqda ittiham olunan şəxs kassasiya şikayəti verib

SEPAH-la əməkdaşlıqda ittiham olunan şəxs kassasiya şikayəti verib
# 07 oktyabr 2013 09:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “İran İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) ilə əməkdaşlıqda ittiham olunan dəstənin üzvlərindən Ceyhun Həbibov barəsində olan hökmdən kassasiya şikayəti verib.

APA-nın məlumatına görə, kassasiya şikayətinə oktyabrın 8-də Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “İslam İnqilabının Mühafizəçiləri Korpusu” - “SEPAH”ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, “SEPAH”ın əməkdaşlarının tapşırıqları əsasında casusluq edib, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları “SEPAH”ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər.

Cinayət işi üzrə Niyaz Kərimov, Mübariz Əliyev, Elman Tağıyev, Nüsrət Cəlilov, Rahim Qasımov, Məmmədtağı Zəkiyev, Bəhram Həşimov, Ayaz Abbasov, Əfqan Abbasov, Şahin Məmmədov, Mirələsgər Ağayev, Rövşən Zülfüqarov, Həmidağa Ələkbərov, Seymur Qasımov, Taleh Rəsulov, Ceyhun Həbibov, Elçin Kərimov, Zahid Məmmədov, Əbülfəz Zəkiyev, Əli Bəşirov, Gülhüseyn Nuriyev və Asif Fərəcov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəstə üzvləri 10 ildən 15 ilədək azadlıqdan məhrum edilib.

Həmin hökmdən mütəşəkkil dəstənin üzvləri narazı qalıblar. Onlar apelyasiya şikayətləri veriblər. Lakin məhkəmə hökmü qüvvəsində saxlayıb. Onlardan yalnız Ceyhun Həbibov kassasiya şikayəti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR