Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,2% enib
# 11 dekabr 2013 07:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 15 973 bəndədək, S&P 500 0,3% - 1 803 bəndədək, Nasdaq 0,2% - 4 061 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi bir sıra mənfi statistik göstəricilər fonunda baş verib. Məsələn, oktyabr ayında anbar ehtiyatları 1,4% artıb ki, bu da proqnozlardan kəskin çoxdur.

Avropa fond bazarlarında dekabrın 10-da FTSE 100 indeksi 0,3% - 6 542 bəndədək, Almaniya DAX-ı 0,5% - 9 145 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 113 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 259,90 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3757 dollar (0,0%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR