Azərbaycan prezidenti Niderlandın yeni kralını təbrik edib

Azərbaycan prezidenti Niderlandın yeni kralını təbrik edib
# 02 may 2013 15:59 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Niderlandın yeni kralı Villem-Aleksandra təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan Respublikası ilə Niderland Krallığı arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimiz öz töhfəsini verəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR