Şəhid Qaratel Hacımahmudova ilə bağlı çəkilmiş “Qaratel” sənədli filminin təqdimatı keçirilib - FOTOSESSİYA

Şəhid Qaratel Hacımahmudova ilə bağlı çəkilmiş “Qaratel” sənədli filminin təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 04 yanvar 2014 14:13 (UTC +04:00)

Bakı - APA. Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən N saylı hərbi hissədə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş şəhid Qaratel Hacımahmudovanın həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən “Qaratel” sənədli filminin təqdimatı olub. APA-nın xəbərinə görə, hərbi hissənin komandiri, polkovnik Mais Barxudarov qəhrəmanlar haqqında filmlərin hərbi hissələrdə təqdimatını yüksək qiymətləndirib. Q. Paşayeva isə Qaratel Hacımahmudovanın həyat və qəhrəmanlıq yolundan danışıb.

Sonra filmin rejissoru Kəmalə Musazadə çıxış edərək film və onun gənclər üçün önəmindən bəhs edib və gəncləri bu cür qəhrəmanlardan örnək götürməyə çağırıb.

Sonra filmin nümayişi olub.

Qeyd edək ki, Qaratel Hacımahmudova Qazax rayonunun Aşağı Əskipara kənd özünümüdafiə batalyonunda döyüşüb. 1992-ci il iyunun 14-də Aşağı Əskipara kəndinin işğalı zamanı düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurub. 1994-cü ildə o, Azərbaycan Respublikası prezidenti tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR