Azərbaycan və «ExxonMobil» şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və «ExxonMobil» şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib
# 10 fevral 2014 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Bakıda səfərdə olan «ExxonMobil» şirkətinin Avropa-Rusiya-Xəzər regionu üzrə vitse-prezidenti Maykl Krusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, xüsusilə enerji və investisiyalar sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər yaxın vaxtlarda görülməli olan tədbirlərin bir sıra aspekt və planlarını təhlil ediblər, əsas məqsəd isə enerji sahəsində əməkdaşlığın strateji perspektiv səviyyəsinə yüksəlməsidir. Görüşdə bir daha vurğulanıb ki, Azərbaycan regionda əsas enerji layihələrinin təşəbbüskarı və iştirakçısı kimi regional əməkdaşlığa öz töhfəsini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR