“Liberty Bank”ın Marneuli şöbəsinin binasında yanğın baş verib - FOTO

“Liberty Bank”ın Marneuli şöbəsinin binasında yanğın baş verib - <span style="color: red;">FOTO
# 11 noyabr 2014 09:30 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda fəaliyyət göstərən “Liberty Bank”ın Marneuli şöbəsinin binasında yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, əraziyə yanğınsöndürmə briqadası və polis qüvvəsi cəlb edilib. Yanğın qısa vaxt ərzində söndürülüb.

Bankın rəhbəri Ramal Mustafayev APA-ya açıqlamasında yanğının elektrik qapanmasından baş verdiyini, binaya zərər dəymədiyini bildirib: "Yanğın iş zamanı baş verib. Yanğın baş verən zaman əməkdaşlarımız binanı tərk ediblər, xəsarət alan olmayıb. Sadəcə, bankın daxilindəki plastikdən olan arakəsmələr tüstüdən azca qaralıb".

Hazırda hadisə yerində olan yanğınsöndürənlər yanğının digər binalara keçməməsi üçün tədbirlər görürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR