Arzu Nağıyevin "Qara kabus" kitabının təqdimatı olub - VİDEO - FOTO

Arzu Nağıyevin "Qara kabus" kitabının təqdimatı olub - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 08 aprel 2014 13:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Yazıçılar Birliyinin üzvü Arzu Nağıyevin “Qara kabus” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən müəllif bildirib ki, son illər bəşəriyyətin üzləşdiyi ən böyük bəlalardan biri də narkomaniyadır: “Bu gün bu bəlanın gəncləşməsi maarifləndirmə işlərinin aparılmasının vacibliyinə bir daha diqqət çəkir. Narkotik istifadəçilərinin sayının artması, bu cür maddələrin geniş şəkildə əkilib-becərilməsi bəşər övladını narahat etməyə bilməz".

A. Nağıyev əlavə edib ki, belə materialların sayı ümumilikdə azlıq təşkil edir: “Əslində kitab vasitəsi ilə gənclərimizə müraciət etmiş oluruq. Onları bu yoldan çəkindirməyə çalışırıq".

Kitabın təqdimatında bildirilib ki, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkir. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR