Gəncədə iki qadın kirayədə qaldığı evdən oğurluq edib

Gəncədə iki qadın kirayədə qaldığı evdən oğurluq edib
# 16 aprel 2014 08:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluq hadisəsi baş verib.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, Əflaki Vaqif idarəyə ərizə ilə müraciət edərək bildirib ki, evində kirayədə qalan, Pərvanə və Yeganə adlı iki qadın onun evindən 2 ədəd xalça və xalçalardan birinin arasında olan 500 manat pulu, bir DVD pleyer oğurlayıblar. Faktla bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılır. Yeganə və Pərvanə adlı qadınların axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR