ABŞ-da zavodda baş verən partlayışda 1 nəfər ölüb, 3-ü xəsarət alıb

ABŞ-da zavodda baş verən partlayışda 1 nəfər ölüb, 3-ü xəsarət alıb
# 17 aprel 2014 04:35 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Partlayışdan dərhal sonra güclü yanğın başlayıb, alov müəssisənin yaxınlığındakı meşəyə keçib. Zavodun binası qismən dağılıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Zavod hərbi və aerokosmik sənayesi ilə əməkdaşlıq edən Accurate Energetic Systems şirkətinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR