“Bank of Baku”nun filial, bankomat və terminallarının yerini tapmaq asanlaşıb

“Bank of Baku”nun filial, bankomat və terminallarının yerini tapmaq asanlaşıb
# 24 aprel 2014 12:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank of Baku” www.gomap.az onlayn naviqatoru ilə birgə yeni layihəsini təqdim edib.

Bankdan APA-Economics”ə verilən məlumata görə, naviqatorla birgə əməkdaşlıq nəticəsində, ilk dəfə olaraq saytda məhz “Bank of Baku”-ya özəl www.gomap.az/bankofbaku/ linki altında xüsusi səhifə yaradılıb. Bu səhifəyə daxil olaraq Azərbaycanın xəritəsində “Bank of Baku”-nun bütün filial, bankomat və terminallarının dəqiq coğrafi mövqeyi ilə ətraflı tanış olmaq mümkündür. Xəritədəki bankın loqosunu klik etməklə istifadəçilər filialın, bankomatın və terminalların dəqiq ünvanını, həmin ünvana çatmaq üçün istifadə edə biləcəkləri ictimai nəqliyyat haqqında da məlumat əldə edəcək.

İstifadəçilərin rahatlığı məqsədilə www.gomap.az/bankofbaku/ səhifəsində sol tərəfdə 3 kateqoriyadan ibarət (filiallar, bankomatlar və ödəniş terminallar) xüsusi filtr hazırlanıb. Bu və ya digər kateqoriyanı seçməklə xəritədə Azərbaycan üzrə bütün siyahını nəzərdən keçirmək olar. Onlayn naviqator habelə axtarışın sadələşdirilmiş üsulunu da təqdim edir: bu və ya digər filialın adını axtarış pəncərəsində qeyd etməklə, dərhal onun ünvanını görmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR