Dağıstanın Tabasaran rayonunun rəhbəri Azərbaycana qaçmaq istəyərkən sərhəddə saxlanıb

Dağıstanın Tabasaran rayonunun rəhbəri Azərbaycana qaçmaq istəyərkən sərhəddə saxlanıb
# 07 iyun 2013 13:26 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Şıxməhəmmədovun hansı vəsaiti mənimsədiyi açıqlanmır.

Son iki ay ərzində Dağıstanda Şıxməhəmmədovun istefa verəcəyi barədə söhbətlər gəzir. O, bu günlərdə söhbət üçün Nazirlər Kabinetinə çağırılıb, lakin müxtəlif bəhanələr gətirərək ora getməkdən imtina edib. Hökumət təmsilçiləri məmurun evinə gəlsələr də, onu tapa bilməyiblər.

Dağıstan prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipov bildirib ki, Şıxməhəmmədov bundan sonra dövlət strukturlarında vəzifə tuta bilməyəcək. O bildirib ki, “hökumət üzvləri ilə görüşdən qaçmaq kişi hərəkəti deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR