Rumıniyada "İstanbul-Kişinyov" sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb

Rumıniyada "İstanbul-Kişinyov" sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb
# 19 avqust 2015 17:59 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN mətbuat xidməti məlumat yayıb.

“Ukraynanın Rumıniyadakı səfirliyinin məlumatına görə, bu gün Rumıniyanın Braila şəhəri yaxınlığında İstanbul-Kişinyov marşrutu üzrə hərəkət edən Türkiyə dövlət nömrə nişanlı sərnişin avtobusu qəzaya uğrayıb. İlkin məlumata görə, avtobusda Ukrayna vətəndaşları da daxil olmaqla 50 sərnişin olub”, deyə məlumatda bildirilir.

Məlumata əsasən, qəza nəticəsində ölənlərdən biri azyaşlı uşaqdır. Yaralıları helikopterlər vasitəsilə xəstəxanalara çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR