Qahirədə toqquşmalar zamanı 2 nəfər ölüb

Qahirədə toqquşmalar zamanı 2 nəfər ölüb
# 11 iyul 2014 21:25 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, islamçı hərəkatların fəalları paytaxtda yanacağın bahalaşmasına qarşı etiraz yürüşü keçiriblər.

İğtişaşlar zamanı 67 yaşlı kişi və 16 yaşlı yeniyetmə oğlan öldürülüb.

Qeyd edək ki, etiraz aksiyaları Misirin digər şəhərlərində də baş verib. Onlarla adamın saxlanıldığı bildirilir.

Məlum olduğu kimi, bu yaxınlarda Misirdə benzin və dizel yanacağının qiyməti 40-80% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR