Gəncədə “NATO-Azərbaycan əlaqələri: 20 illik tərəfdaşlığın gələcək perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

Gəncədə  “NATO-Azərbaycan əlaqələri: 20 illik tərəfdaşlığın gələcək perspektivləri” mövzusunda dəyirmi masa keçirilib
# 05 iyul 2014 17:21 (UTC +04:00)

APA-nın məlumatına görə, mövzu ilə bağlı çıxış edən tədbirin məruzəçisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı Vüqar Qurbanov tədbir iştirakçılarına NATO-Azərbaycan tərəfdaşlığının bugünkü dinamikası, həmçinin NATO -Azərbaycan arasındakı geniş spektrli tərəfdaşlığın gələcək perspektivləri barəsində ətraflı məlumat verib.

Tədbirdə daha sonra “NATO-Azərbaycan əlaqələri və Uels Sammitinin prioritetləri” mövzusunda çıxış edən NATO-nun Cənubi Qafqaz üzrə koordinatoru Despina Afentouli öz çıxışında NATO-Azərbaycan tərəfdaşlığının əhəmiyyəti və NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhyaratma əməliyyatlarına Azərbaycanın töhfəsi, həmçinin NATO-nun Uelsdə keçiriləcək Sammitinin prioritetləri barəsində tədbir iştirakçılarını məlumatlandırıb.

NATO-nun İctimai Diplomatiya Bölməsinin maliyyə dəstəyi ilə həyata keçirilən bu tədbir nəticəsində 50-dən çox ictimaiyyət nümayəndəsi, xüsusilə gənclər NATO-Azərbaycan tərəfdaşlığı, həmçinin bu tərəfdaşlığın əhəmiyyəti və perspektivləri barəsində mühüm məlumatlar əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR