Bu ilin I yarısında AİF-in istiqrazlarının ticarəti 2,1 dəfə artaraq 349,5 mln. manata çatıb

Bu ilin I yarısında AİF-in istiqrazlarının ticarəti 2,1 dəfə artaraq 349,5 mln. manata çatıb
# 31 iyul 2014 10:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin I yarısında Azərbaycan İpoteka Fondunun (AİF) təminatlı istiqrazlarının təkrar ticarətinin aktivləşməsi fonunda korporativ istiqrazlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 1,2 mlrd manata yüksəlib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) “APA –Economics”ə verilən məlumata görə, artım korporativ istiqrazlar bazarının hər 2 seqmentində müşahidə olunub.

Belə ki, hesabat dövrü ərzində ilkin bazarda 826,5 mln. manatlıq, təkrar bazarda isə 375,3 mln. manatlıq istiqraz ticarəti baş tutub ki, bu da ötən ilin ilk 6 ayı ilə müqayisədə müvafiq olaraq 4,8 dəfə və 2,2 dəfə çoxdur.

2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə korporativ istiqrazlar bazarının ən likvid aləti olan AİF-in istiqrazlarının ticarəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 349,5 mln. manat təşkil edib. Bu alətlərin ilkin bazarında 40,2 mln. manat həcmində yerləşdirmə baş tutub, təkrar bazarında isə 309,3 mln. manat həcmində əməliyyatlar qeydə alınıb ki, bu da ötən ilin ilk 6 ayı ilə müqayisədə müvafiq olaraq 30% və 2,3 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR