İlk peşə-ixtisas təhsili müəssisələrində dövlət buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb

İlk peşə-ixtisas təhsili müəssisələrində dövlət buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb
# 16 aprel 2013 10:03 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. İlk peşə-ixtisas təhsili müəssisələrində dövlət buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri Misir Mərdanov “Peşə məktəbi, peşə liseyinin nümunəvi Əsasnaməsi”nin 25-ci bəndinə əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində tam təlim kursunu nəzəri təlim fənlərindən və istehsalat təlimindən müvəffəqiyyətlə bitirən şagirdlərdən buraxılış-ixtisas imtahanlarının götürülməsini təmin etmək məqsədi ilə əmr imzalayıb. Əmrə əsasən, imtahanlar 18 yaşı aprelin 30-na kimi tamam olan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılan çağırışçılardan aprelin 25-nə qədər, ilk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış kurslarının hərbi çağırışçı olmayan digər şagirdlərindən tədris plan və proqramlarına uyğun olaraq, istehsalat təcrübəsi başa çatdıqdan sonra götürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR