Elmin İnkişafı Fondu 2-ci “Mobillik qrantı” müsabiqəsi elan edib

Elmin İnkişafı Fondu 2-ci “Mobillik qrantı” müsabiqəsi elan edib
# 11 may 2013 07:12 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu 2013-cü il üçün 2-ci “Mobillik qrantı” müsabiqəsi elan edib. Fondun icraçı direksiyasından APA-ya verilən məlumata görə, müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə proqramlarında iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədi daşıyır.

“Mobillik qrantı” müsabiqəsi çərçivəsində hər biri 10 min manatadək olan

qrantların verilməsi yolu ilə Azərbaycan alim və mütəxəssislərinin xaricdə

keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə şifahi elmi məruzələrlə iştirakının, həmçinin alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi nəzərdə tutulur. Müsabiqənin qrant maliyyələşdirilməsinin cəmi həcmi 100 000 manat nəzərdə tutulub.

Müsabiqə 2013-cü ilin 1 avqust – 30 noyabr tarixləri arasında xaricdə keçirilən proqramlarında iştirakı əhatə edir. “Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur.

Fond, sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant

iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarları da keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR