Azərbaycanla İsveç enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanla İsveç enerji sahəsində əməkdaşlığı müzakirə edib
# 13 iyun 2014 06:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyev İsveçin ticarət naziri Eva Byörlinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla İsveç arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi vurğulanıb, ölkələr arasında iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

N. Əliyev İsveçlə münasibətlərin müxtəlif sahələrində inkişafında böyük potensialın olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycan və İsveç arasında əməkdaşlığın genişləndirilməsi üçün aidiyyəti dövlət qurumları arasında müntəzəm görüşlərin keçirilməsi, iş adamları arasında biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyəti olduqca vacibdir. Görüşdə həmçinin, Azərbaycanla İsveç arasında ikitərəfli iqtisadi münasibətlərdən, o cümlədən hər iki ölkədə çalışan şirkətlərin fəaliyyətindən söz açılıb, Azərbaycanla İsveç arasında ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilib, iki ölkənin əməkdaşlığının dərinləşməsi üçün potensial imkanların olduğu bildirib.

E. Byörlinq bu marağın göstəricisi kimi, Bakıda İsveç səfirliyinin açılmasını, həmçinin bu ölkənin nümayəndə heyətinin Azərbaycana səfərini, həmin səfər çərçivəsində həm dövlət strukturları, həm də özəl şirkətlərlə danışıqların aparıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR