Bakıda yeni metro stansiyasının tikintisinə hazırlıq işləri yekunlaşır

Bakıda yeni metro stansiyasının tikintisinə hazırlıq işləri yekunlaşır
# 09 yanvar 2014 12:32 (UTC +04:00)

Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, burada bütün köçürmə işləri, demək olar ki, başa çatdırılıb. Qurumdan bildirilib ki, alınan torpaq sahələri ilə bağlı problemlərin şəhər mərkəzində daha qlobal məsələyə çevrilməsinin əyani nümunəsini «B-05» stansiyası nümayiş etdirib: «Bununla bağlı il ərzində aparılan danışıqlar, təklif olunan müxtəlif layihələr və yerdəyişmələr bu il öz həllini tapmalıdır».

Qeyd edək ki, bu stansiya Bənövşəyi xəttin davamı, yəni üçüncü stansiya olacaq. Bu, «Papanin» adlanan ərazidə, Ceyhun Səlimov küçəsində tikilən stansiyadan sonrakı stansiya olacaq. Yəni, «Xocasən» deposundan sonra «Avtovağzal» stansiyası, daha sonra isə «Memar Əcəmi-2» və artıq tikintisinə başlanan stansiya olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR