TQDK 2013-cü ildə keçirilən test imtahanlarına sərf olunan xərcləri açıqlayıb - VİDEO

TQDK 2013-cü ildə keçirilən test imtahanlarına sərf olunan xərcləri açıqlayıb - <span style="color: red;">VİDEO
# 24 yanvar 2014 09:45 (UTC +04:00)

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması mərasimində deyib ki, ümumilikdə test imtahanları zamanı müəllimlərə müqavilə əsasında 2 milyon manatdan çox maaş verilib. Onun sözlərinə görə, müqavilə əsasında Bakı şəhəri üzrə 23 040 nəfərə 816 608.4 manat, digər regionlar üzrə 34 843 nəfərə 1 213 749.2 manat məbləğində maaş ayrılıb: “Test imtahanlarına imtahan rəhbəri kimi Bakıdan 5173, regionlardan 1056 müəllim cəlb edilib. Bundan əlavə, imtahanlara Bakı şəhəri üzrə 16 041, regionlar üzrə 25 896 nəfər nəzarətçi-müəllim, Bakıdan 1408, regionlar üzrə 1397 nəfər mühafizə xidməti, Bakı üzrə 518, regionlar üzrə 2068 nəfər bina nümayəndəsi-xadimə cəlb olunub. Ümumilikdə, ümumilikdə Bakı şəhəri üzrə 23 040, digər regionlardan üzrə isə 30 417 nəfər test imtahanları prosesində iştirak edib”.

TQDK sədri qeyd edib ki, ilk illərdə müəllimləri ictimaiyyət əsaslarla imtahana cəlb olunurdu. Onun sözlərinə görə, bu gün imtahanda iştirak edən 50 mindən çox pedaqoji, elmi ictimaiyyətin nümayəndələri yalnız bir məqsədlə iştirak edir: “Onlar məvacibə görə yox, vətəndaş borclarını ödəyirlər. Onlar istəyirlər ki, gənclər ali məktəblərdə öz yerlərini tutsunlar. Bu gün ölkədə müəllim ordusu qadınlardan ibarətdir. Bizim bu işimiz də hərbi qulluqdur. Təbii ki, hər gün auditoriyaya gəlmək, şagirdlərlə, tələbələrlə təmasda olmaq çox ağır bir işdir. Hərbçi, vətəndaş kimi onlar da hər zaman borclarını yerinə yetirirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR