Bakıda keçmiş məhkumların sosial adaptasiyasına dair seminar keçirilib - FOTO

Bakıda keçmiş məhkumların sosial adaptasiyasına dair seminar keçirilib - <span style="color: red;">FOTO
# 29 yanvar 2014 16:21 (UTC +04:00)

Bakı – APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından olan ekspert xanım Şeron Volkerin iştirakı ilə «Penitensiar müəssisələrdən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası» mövzusunda seminar keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, seminarda məqsəd penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsində ölkəmizdə aparılan işlərlə tanışlıq və yerli mütəxəssislərin bu sahədə beynəlxalq təcrübə ilə tanış edilməsi, qeyd olunan şəxslərin sosial adaptasiyasına yardım göstərilməsi məsələsinə cəmiyyətin diqqətini cəlb etmək olub.

Tədbir ölkəmizdə Avropa İttifaqının TAİEX («Texniki yardım və informasiya mübadiləsi») layihəsi çərçivəsində Avropa təcrübəsinin öyrənilməsi iştiqamətində aparılan işlərin davamıdır.

Qeyd edək ki, yanvarın 27-dən ölkəmizdə işgüzar səfərdə olan Şeron Volker əmək və əhalinin sosial müdafiəsi, ədliyyə nazirliklərinin məsul şəxsləri, habelə aidiyyatı sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla, səmərəli fəaliyyət mexanizminin qurulması məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR